Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

19.11.2015 15:26     Siyasi reaksiya     1782

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana gələcək.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, səfərin məqsədi iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Səfər zamanı T.Xidaşeli azərbaycanlı həmkarı Zakir Həsənov və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Şərhlər