Tanınmamış respublikanın keçmiş liderindən Donbass etirafı!

19.11.2015 15:40     Siyasi reaksiya     2034

Ukraynanın şərqində qurulan "Donbas milisi"nin keçmiş lideri İqor Qırk Ukraynaya qarşı alkoliklərin, narkotik aludəçilərinin və evsizlərin döyüşdüyünü iddia edib. Reaksiya.az Ukraynanın təsiri altında fəaliyyət göstərən Krım Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ukraynanın şərqində separatçıların yanında döyüşməyə başlayan və oradan qaçan ilk adlardan biri olan rusiyalı İqor Qırk Ukraynanın şərqində "Rus dünyası" üçün alkoqoliklərin və narkotik aludəçilərinin döyüşdüyünü, həmçinin, onlara yaşayış yeri olmayanların (evsizlərin) da qoşulduğunu bildirib. İgor Qırk Moskvada təşkil edilən konfransda bildirib ki, Ukrayna Silahlı Qüvvələri ani bir hücum etsələr milislər məğlub olacaqlar: “Silahlı qüvvələrin böyük əksəriyyəti könüllərin getməyinə görə yox, onların yerinə evsizlərin və yarı evsizlərin gəlməsi ilə zəifləyib. Silahlə qüvvələrdə döyüşənlərin əksəriyyəti spirtli içki və narkotik asılısıdır”.

Ukrayna ordusuna qarşı tanınmamış respublikanın döyüşçülərinin ancaq rus əsgərlərinin köməyi ilə qarşı qarşıya gələ biləcəyini ifadə edən Qırk sənəd üzərində hər şeyin gözəl getdiyini bildirmələrinə baxmayaraq, Kreml üçün milislər üçün artıq problemə çevrildiyini iddia edib.

Şərhlər