Yanukoviçdən etiraf

23.06.2015 13:54     Siyasi reaksiya     1909

"Putin mənim həyatımı xilas edib".

"Putin mənim həyatımı xilas etdi". ANS PRESS-in məlumatına görə, bunu BBC-yə müsahibəsində Ukraynanın devrilən dövlət başçısı Viktor Yanukoviç deyib. 

Yanukoviç ötən ilin fevral ayında devrilməsindən sonra ilk dəfə olaraq qərb mətbuatına müsahibə verib. 

O, Ukraynada baş verən hadisələrdən danışıb və deyib ki, əgər o zaman Rusiya prezidentinin mdaxiləsi olmasaydı bunlardan sağ çıxa bilməzdi. 

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında devrilməsinə yol açan ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürüb.
"Mən məsuliyyətimi inkar etmirəm. Təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verməmişəm. Ancaq etiraf edirəm ki, qan tökülməsinin qarşısını almaq üçün lazım olanı etməmişəm. Odlu silahdan istifadə etməyə göstəriş verməmişəm. Bu, mənim səlahiyyətimə daxil deyildi. Mən gücdən istifadəyə, qan tökülməsinə qarşı idim. Ancaq təhlükəsizlik qüvvələri mövcud qanunlara uyğun olaraq borclarını yerinə yetiriblər. Onların silahdan istifadə hüququ var”.

Şərhlər

Çox oxunanlar