Rusiyadakı özbək tələbələr artıb

19.11.2015 17:46     Siyasi reaksiya     2256

Rusiyadakı universitetlərə qəbul edilən özbək tələbələrinin sayı əvvəlki ilə nisbətən 32% artıb

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında Rusiya universitetlərində oxuyan gənclərin sayında özbəkistanlı tələbələr ilk yerdə gəlir. Bu il 1500 özbək gənci Rusiyada universitetlərə qəbul edilib. Bu sayı əvvəlki ilə nisbətən 32 faiz daha çoxdur.

Reaksiya.az xəbər verir ki, Rusiyanın Özbəkistan səfiri Vladimir Tyurdenev "Təhsil və Peşə" başlıqlı beynəlxalq sərgidə Rusiyada oxuyan MDB üzvü ölkə vətəndaşları ilə əlaqədar məlumat verib. Bir neçə gün əvvəl Daşkənd, Səmərqənd və Buxarada "Təhsil və Peşə" Beynəlxalq Sərgiləri reallaşdırılmışdı. Bu sərgilərdə Rusiyanın 10-dan çox şəhərindəki universitetlərin fəaliyyəti haqqında məlumatlara yer verilib.

Bu anlaşmaya görə, Tomsk Dövlət Universiteti, Tomsk Texniki Universiteti, Radyoteknik Dövlət Universiteti və Tomsk vilayətindəki təhsil müəssisələri Özbəkistanlı tələbələrə mühəndislik təhsili verəcək.

Adı keçən təhsil müəssisələrindən Tomsk Dövlət Universiteti və Tomsk Texniki Universiteti Rusiyanın ilk on universiteti siyahısında yer alır.

Şərhlər