Almaniya Ukraynalı miqrantlara köməyi artırır

19.11.2015 17:53     Siyasi reaksiya     2063

Almaniya hökuməti, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının 2015-ci ilin başında başlatdığı "İnsani dəstək və miqrantlar, Ukraynadakı böhranın qurbanlarını qorumaq" layihəsinə 3 milyon avro məbləğində maliyyə təmin edəcək.

Reaksiya.az xəbər verir ki, Almaniya hökumətinin daha əvvəl verilən 1 milyon avro məbləğində yardımı nəzərə alınsa, Almaniyanın söz mövzusu layihəyə dəstəyi ümumi olaraq 4 milyon avro olacaq.

2015-ci ilin yanvar ayından etibarən həyata keçirilən həmin layihə Ukraynanın şərqindəki qarşıdurmalarda ziyan görən miqrantların əsas ehtiyaclarının təmin və həyat şərtlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoyur. Layihə soyuq hava şərtlərinə uyğun sığınacaq və lazımlı məhsulların təmin edilməsini, bələdiyyə xidmətlərinə girişi, uşaq, qocalar və əlillər kimi qorumağa möhtac kəslərə dəstək təmin edilməsini nəzərdə tutur.

Şərhlər