Azərbaycan sabitlik baxımından bir adadır - PA rəhbərinin müavini

20.11.2015 17:34     Siyasi reaksiya     1793

“Parisdə fövqəladə vəziyyətə, təhlükəsizlik tədbirlərinə baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev bir çoxlarından fərqli olaraq UNESCO-nun 70 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdi”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, UNESCO çərçivəsində qarşılıqlı anlaşma tapmaq daha asan olub: “Azərbaycan UNESCO ilə 1994-cü ildə Heydər Əliyevin səfəri vasitəsilə əlaqə qurub. Prezident İlham Əliyevin dövründə bu əməkdaşlıq daha da genişlənib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində UNESCO ilə Azərbaycan arasında gözəl əməkdaşlıq əlaqələri yaradılıb. Elə buna görə də Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçilib. Prezident İlham Əliyev liderlərin toplantısında Azərbaycanın Lağlıq Qarabağ münaqişəsi ilə bağlı keçdiyi yol, qaçqın və məcburi köçkünlərin problemi, idman, mədəniyyət, tolerantlıq məsələləri haqda çıxış etdi və bu çıxış çox maraqla qarşılandı. Bu gün Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır. İqtisadi baxımdan zəif ölkədən donor ölkəyə çevrilmişik. Tədbirdə dövlət başçıları, diplomatlar iştirak edirdi. Prezident İlham Əliyevdən sonra Fransa prezidentinin çıxışı oldu”.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, G-20 və UNESCO-nun 70 illiyi ilə bağlı tədbirlərdə Azərbaycanın iştirakı ölkənin beynəlxalq aləmdə nüfuzunun güclənməsinin göstəricisidir.

Şərhlər