MSK bu namizədlərin şikayətlərini geri qaytardı

23.11.2015 16:52     Siyasi reaksiya     1998

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova MSK-ya müraciət edərək bu dairələrdə qanun pozuntularına yol verildiyini iddia ediblər və həmin dairələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə şikayətlərin baxılması üçün nəzərdə tutulan müddət bitəndən sonra göndərildiyi üçün geri qaytarılmalıdır.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Şərhlər