İlham Əliyev və Sarkisyanın görüşəcəyi tarix açıqlandı
24.11.2015 09:56 Siyasi reaksiya 1751
“Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də Parisdə görüşəcəklər”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.
Noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan prezidentlərinin də bu toplantı çərçivəsində görüşmələri gözlənilir.
Şərhlər