Deputat mandatları bu gün paylanacaq
24.11.2015 10:28 Siyasi reaksiya 1837
Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı son qərar bu gün Konstitusiya Məhkəməsində veriləcək.
Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq millət vəkili seçilmiş şəxslərin deputat mandatları da MSK tərəfindən hazırlanıb.
Məhkəmə qərarı elan etdikdən dərhal sonra, bu gün Milli Məclisdə deputat mandatlarının təqdim olunma mərasimi keçiriləcək.
Qeyd edək ki, seçkilərin nəticəsində 125 deputat yerindən 124-nə millət vəkili elan olunub. Bir secki dairəsində nəticələr ləğv edilib.
Şərhlər