Milli Məclisdə 4 yeni komitə yaradılır, 3-nün isə adı dəyişdirilir - SİYAHI

24.11.2015 14:46     Siyasi reaksiya     1879

Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır.

Həmçinin Müdafiə və təhlükəsizlik məsələləri komitəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq.

Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar