İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

24.11.2015 16:50     Siyasi reaksiya     1710

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,

Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 

Şərhlər

Çox oxunanlar