Prezident daxili dövlət borcunun 3 dəfə artırılmasını təsdiq etdi

25.11.2015 15:01     Siyasi reaksiya     1754

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il üçün Azərbaycanın daxili dövlət borcununun yuxarı həddinin 3 milyard manatadək artırılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər təsdiq edilib.

Reaksiya.az xəbər verir ki, dəyişikliklərə əsasən, Azərbaycan Prezidentinin 15 iyul və 7 avqust 2015-ci il tarixli fərmanlarının icra edilməsi çərçivəsində bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə daxili dövlət borcunun həddi 1,5 milyard manatdan 4,5 milyard manatadək artırılıb.

Bu dəyişikliklər 15 iyul 2015-ci ildən tətbiq edilir. 

Şərhlər