Kəmaləddin Heydərov latviyalı nazir ilə görüşdü

25.11.2015 17:45     Siyasi reaksiya     1776

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə görüşüb.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, qonağı salamlayan nazir K. Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviya Respublikasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Dana Reizniece-Ozola Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılıb. 

Şərhlər