İlham Əliyev Belarusa səfər edəcək

26.11.2015 01:43     Siyasi reaksiya     1718

Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusa rəsmi səfər edəcək.

Reaksiya.az-ın məlumatına görə, bu barədə Belarus prezidentinin saytında məlumat yer alıb.

Bildirilir ki, Azərbaycan prezidenti Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır. 

Prezident İlham Əliyevin Minskdəki Qələbə abidəsinə əklil qoyması və Belarusun Böyük Vətən Müharibəsi tarixi muzeyinə ziyarət etməsi gözlənilir.

Şərhlər