Gürcüstanın daxili işlər naziri Bakıda səfərdədir

26.11.2015 11:12     Siyasi reaksiya     1885

Gürcüstanın daxili işlər naziri Qeorqiy Mqebrişvili Bakıya səfərə gəlib.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Gürcüstan DİN rəhbərinin Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşləri planlaşdırılıb.

Şərhlər