Prezident ISESCO-nun baş direktoruna “Dostluq” ordeni təqdim etdi

26.11.2015 11:54     Siyasi reaksiya     1697

Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Reaksiya.az xəbər verir ki, dövlət başçısı sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə “Dostluq” ordeni təqdim edib.

ISESCO-nun baş direktoru isə çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib.

Daha sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Şərhlər