Elmar Məmmədyarov Gürcüstana yola düşdü
26.11.2015 12:24 Siyasi reaksiya 2395
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, 26 noyabr 2015-ci il tarixində Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Şərhlər