Azərbaycan İSESCO-nun baş konfransına sədr seçildi

26.11.2015 13:55     Siyasi reaksiya     1782

Azərbaycan üç il müddətinə İSESCO-nun baş konfransına sədr seçilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar İSESCO-nun Bakıda keçirilən Baş Konfransının 12-ci sessiyasında qəbul edilib.

Ölkəmiz adından müvafiq sədrlik mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tərəfindən həyata keçiriləcək.

Tədbir Bakıda keçirildiyi üçün Səudiyyə Ərəbistanının naziri sədrliyi Ə.Qarayevə təhfil verib.

Şərhlər