Din adı altında anarxiya yaratmağa çalışırlar - Hikmət Babaoğlu

26.11.2015 19:17     Siyasi reaksiya     2026

"Radikal qruplaşmaların hərəkətləri Azərbaycanda ciddi hüquq və asayiş pozuntusu kimi qiymətləndirilməlidir".

Bu sözləri Reaksiya.az-a Nardaran hadisələrini şərh edərkən, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.

"Çox təəssüf ki, bəzi hallarda Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan belə hadisələrə şahidlik edirik. Bunlar yolverilməz hadisələrdir, bunlar Bütün azərbaycan ictimaiyyəti tərəfindən qınanır və öz qətiyyətli addımları ilə belə hadisələrin qarşısını alır. Azərbaycanda dini azadlıq var, milli konstitusion təminatı var. Azərbaycan tolerant ölkədir, dini ibadət azadlığı var və çox təəssüf ki, müxtəlif təriqət altında olan bəzi qruplaşmalar bu azadlıqları istismar edərək ölkəmizdə anarxiya yaratmağa çalışırlar. Bəzi xairici qüvvələrin təsiri altında  baş verən hadisələrin Azərbaycanda təkrar olunması ilə bağlı addımlar atıblar", - deyə millət vəkili vurğulayıb.

H.Bababoğlu qeyd edib ki, baş verən hadisələrdə əl qumbaralarından istifadə olunması dövlətin hüquq mühafizə orqanlarına qarşı atılan addımlar da bu konteksdə qiymətləndirilməlidir.

"Amma hər kəs əmin olsun ki, Azərbaycanda funksional dövlət aparatı var və Azərbaycan xalqının milli maraqlarına qarşı olan bu addımların qarşısı dərhal alınacaq. Radikal ekstrimist qruplaşmalar din adından daima istifadə ediblər və onlar haqqında da kankret cəza tədbirləri görəndə də islamın humanist tərəfdaş dostu olmağa çalışırlar. Artıq baş vermiş hadisə ilə bağlı  hüquq mühafizə orqanlarının rəsmi mövqeyi bildirilib. Bunların dinlə heç bir əlaqəsi yoxdur. Ekstrimist təşkilatlardır ki, onlarında səviyyəsi məhz bu konteksdə qiymətləndiriləcək və cəzalandırılacaq.Heç bir kütləvi iğtişaşdan söhbət gedə bilməz. Sadəcə bir qrup araqarışdıran ekstrimistə qarşı dövlət tərəfindən müvafiq tədbirlər görülür. Azərbaycanda heç vaxt dinin istismar olunmasına, dindən terror məqsədilə istifadə olunmasına yol verilməyəcək. Azərbaycan dövləti xalqımızın və dövlətimizin maraqlarını qoruyacaq",  - deyə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru  əlavə edib.

Şərhlər