Müsavat başqanından Nardaran hadisələrinə reaksiya

26.11.2015 21:53     Siyasi reaksiya     3508

Xəbər verdiyimiz kimi bu gün Nardaranda polislə dindarlar arasında qarşıdurma yaşanıb. Reaksiya.az hadisə ilə bağlı Müsavat partiyasının başqanı Arif Hacılıdan məsələyə münasibət öyrənib. “ Hadisə zamanı 6 vətəndaşımızın həlak olması hamını dərindən düşünməyə vadar edir. Müsavat partiyası olaraq biz məsələnin baş vermə səbəblərini, mahiyyətini araşdırırıq. İlk olaraq onu deyə bilərəm ki, bu baş verən hadisə faciədir. Biz istənilən məsələnin dinc yolla, siyasi üsullarla həllinin tərəfdarıyıq. Bu cür silahlı qarşıdurmalar Azərbaycan üçün arzuolunmazdır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İndilik hadisə ilə bağlı birtərəfli məlumata sahibəm və hadisənin detalları ilə bağlı fikir yürütmək mənim üçün çətindir”. Bu gün həbs olunanların adlarını daha sonra müxalifətin hər zaman təqdim etdiyi siyasi məhbus siyahısında görəcəyikmi sualına Arif Hacılı belə cavab verib: “ Biz detalları araşdıracağıq. Əgər məsələdə başqa motivlər yox, məhz siyasi amil olsa, bunla bağlı münasibət bildirəcəyik. İlkin olaraq məsələni öyrənməyimiz vacibdir”.

Şərhlər