"Təəssüf ki, baş verən hadisədə iştirak edənlərin əksəriyyəti gənclərdir" - Vahid Aslan

27.11.2015 12:05     Siyasi reaksiya     1937

“Bu, dini inancları mövhumatla qarışdıran, dindən dövlətə qarşı istifadə etmək istəyən insanların dövlətçiliyə qarşı çıxması cəhdidir”.

Bu sözləri Reaksiya.az-a “Müəllim sözü” qəzetinin baş redaktoru, ziyalı Vahid Aslan Nardaran hadisələrini şərh edərkən bildirib.

O qeyd edib ki, Nardaran hadisələrini törədənləri hamı qınamalıdır: "Bu hadisələri təbii ki, ölkəsinin sabitliyini, inkişafını istəyən heç bir vətəndaş arzulamaz. Bu radikal qruplaşmalar bir sıra xairici donorlar, ölkəmizdə dövlətçiliyə qarşı çıxan bir sıra pərdəarxası qüvvələr tərəfindən həm ideoloji, həm də maddi baxımdan, bir sözlə hər mənada silahlandırılıblar. Eyni zamanda dini inancları mövhumatla qarışdıran, dindən dövlətə qarşı istifadə etmək istəyən insanların dövlətçiliyə qarşı çıxması cəhdidir”.

V.Aslan belə hadisələrin yaşanmaması üçün uşaqların kiçik yaşlardan sağlam ruhda böyüdülməsinin vacibliyini vurğulayıb: “Təəssüf ki, baş verən hadisədə iştirak edənlərin əksəriyyəti gənclərdir. Gənclərimiz bu yola sövq olunursa, aldadılırsa, düz yoldan sarpdırılırsa demək, onların tərbiyəsində problem var. Tərbiyə də ailədən başlanılır, gənclərin sağlam ruhda böyüdülməsinə xüsusi diqqət yetirmək lazımdır.  Bu istiqamətdə məktəbin də rolu böyükdür, uşaqlıqdan dövlətə, vətənə, xalqa qarşı sevgi hissləri aşılanmalıdır. Gənclərimiz elmlə, idmanla məşğul olarlarsa, bir sıra dini qruplaşmaların təsiri altına da düşməzlər”. 

Şərhlər