Müxalifət Nardarandan istifadə etməməlidir - ADP sədri

27.11.2015 13:25     Siyasi reaksiya     1933

“Müxalifət liderləri Nardaran hadisələrindən öz məqsədləri üçün istifadə etməməlidir”.

Bu sözləri Reaksiya.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O, bu məsələdə tərəf tutmağın və ya iğtişaşları qızışdırmağın yalnış olduğunu vurğulayıb: “Hər iki tərəfdəki insanlar da mənim vətəndaşımdır. Orda ölən polislər də, başqaları da mənim insanımdır. Baş verənlər ürəkaçan deyil. Mən bu cür radikallaşmanı, iğtişaşları dəstəkləmirəm. Ancaq bu prosesin səbəbləri də araşdırılmalı, müəyyən addımlara, islahatlara gedilməlidir. Xarici kəşfiyyatlar mikrob kimidir, əgər bizim immunitetimiz  sağlam olsa, heç bir kənar qüvvə təhlükə yarada bilməz. Şübhəsiz ki, burda müxtəlif kənar qüvvələrin təsiri var, amma insanların narazılığını, radikal əhval-ruhiyyəsini sakitləşdirmək üçün müəyyən danışıqlara ehtiyac var. Ordakı ağsaqqallarla da danışmaq, dialoq yaratmaq lazımdır”.

S.Cəlaloğlu jurnalistlərə hücuma da münasibət bildirib: “Əlbəttə, bu ürəkaçan hal deyil, amma kütlənin beyni qızanda, belə hallar da gözləniləndir.  Bu, kütlə psixologiyasıdır. Hazırda gərginliyi azaltmağa çalışmalıyıq. Ara bir qədər sakitləşəndən sonra, problemlərin həllinə soyuq başla nail olmaq lazımdır”. 

Şərhlər