“Xaos yaradan radikallar cəzalandırılmalıdır” - QHT sədri

27.11.2015 15:37     Siyasi reaksiya     2150

Nardaran hadisələrini şərh edən Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Reaksiya.az–a açıqlamasında bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, təbii sərvətləri daim ölkəmizi bir çox xarici dövlətlərin maraqlarının toqquşduğu bir məkana çevrilməsi heç kimə sirr deyil:

“Bu baxımdan Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən dövlətlər, xarici kəşfiyyat orqanları zaman-zaman öz məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrlə ölkəmizdə qarışıqlıq yaratmağa, öz çirkin niyyətlərini həyata keçirməyə can atıblar. Nardaranda baş verən hadisələrdə xaricdən idarə olunan, qarışıqlıq və qarşıdurma yaratmaqla Dövlətimizin sürətli inkişafının qarşısını almağa, sabirtliyi pozmağa, Ermənistanla aprılan müharibədə Azərbaycana arxadan vurulan zərbə kimi qiymətləndirilməlidir".

O qeyd edib ki, son zamanlar dünyanın müxtəlif bölgələrində, Azəbaycana yaxın olan dövlətlərdə qanlı müharibələrin, toqquşmaların getdiyi bir zamanda ölkəmizdə separatizm meyllərinin yayılmasına cəhd etməklə silahlı qarşıdurma yaratmağa çalışanlar var.

"Dövlətin güc strkturlarına silahlı hücum etmək, Konstitusion Dövlət quruluşunun silahlı yolla dəyişdirilməsinə cəhd edərək ağır cinayətlər törətmək birmənalı olaraq Dövlətə və Xalqa xəyanət kimi qiymətləndirilməlidir. Öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına silahlı basqın edərək qətlə yetirən, terror, xaos, qarşıdurma yaradan bu cür dini radikal qruplar birmənalı olaraq ən sərt şəkildə qanunun tələblərinə uyğun cəzalandırılmalıdır. Azərbaycan ictimaiyyətini, gənclərimizi bu cür separatçı qüvvələrə qarşı daim həssas olmağa, müstəqil, suveren dövlətimizin qorunmasında fəal, ayıq sayıq olmağa çağırıram”, - deyə QHT sədri əlavə edib.

Şərhlər