Heç bir addım cavabsız qalmayacaq - Asim Mollazadə

27.11.2015 16:02     Siyasi reaksiya     2247

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda ölkəmizdə rəsmi səfərdədir.

Türkiyənin yeni hökümətinin formalaşmasından sonra xairici işlər nazirinin ilk səfərinin Azərbaycana etməsi ilə bağlı olaraq, Reaksiya.az Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib.

O, Çavuşoğlunun ilk səfərini Azərbayacana etməsini yüksək qiymətləndirib: “Mövlud Çavuşoğlunun ilk səfərini Azərbaycana etməsi artıq Türkiyə və Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının bir daha göstəricisidir. Türkiyə prezidenti, baş nazir, xairici işlər naziri tərəfindən belə səfərlər dəfələrlə həyata keçirilib. İlk səfərin Azərbaycana olmasının əsas səbəbi Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” prinsipi ilə həyata keçirildiyinin nümayişidir”.

A.Mollazadə son günlərdə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycanla münasibətlərinə heç bir təsirinin olmayacağını qeyd edib.

"Türkiyə-Rusiya münasibətlərinin Azərbaycan və Türkiyə münasibətlərinə heç bir aidiyyatı yoxdur. Rusiyanın təyyarəsi Türkiyənin hava məkanını xəbərdarlıq olunmasına baxmayaraq pozub, Türkiyə də təbii olaraq beynəlxalq hüquq normaları çərçivəsində reaksiya verib. Rusiya da Azərbaycanın qonşusudur, Azərbaycanın Rusiya ilə əlaqələri daima yüksək səviyyədədir. Azərbaycan-Türkiyə münasibətləri isə tamamilə fərqli formatdadır”, - deyə politoloq əlavə edib.

Millət vəkili Ermənistan bölgədə baş verən proseslərdən istifadə edərək Qarabağda gərginlik yaradacaq addımlar atacağı təqdirdə cavabsız qalmayacağını bildirib: “Ermənistan belə bir addım atarsa, çox ciddi cavab alar. Ermənistan belə addım atmağa çəkinər”. 

Şərhlər