İSESCO Baş Konfransının sessiyasında bəyanat qəbul edildi

27.11.2015 17:43     Siyasi reaksiya     1704

İSESCO Baş Konfransının Bakıda keçirilən 12-ci sessiyası başa çatıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasda İslam dünyasında təhsilin səviyyəsi ilə bağlı narahatlıq ifadə edilib. Qeyd olunub ki, dünyada yarım milyarddan çox müsəlman nə yaza, nə oxuya bilir. Bir sıra İslam ölkələrində peşəkar müəllimlər çatışmır, tədris proqramları yoxdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun qətnamənin qəbul edildiyini elan edib.

İclasda eyni zamanda İSESCO adından bəyanat qəbul edilib. Bəyanatda İslam dünyasında baş verən hadisələrlə bağlı narahatlıq ifadə edilib.

Şərhlər