İlham Əliyev təbrik ünvanladı

28.11.2015 00:49     Siyasi reaksiya     1708

Azərbaycan prezidenti İlham Əliyev albaniyalı həmkarı Buyar Nişanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.

Dövlət başçısı həmçinin Mavritaniya prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib: “Hörmətli cənab prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycanla Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcək. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

Şərhlər