İlham Əliyev Belarusda rəsmi səfərdədir

28.11.2015 01:22     Siyasi reaksiya     1736

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

Reaksiya.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim edib. Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Şərhlər