Novruz Məmmədov: "Amanpura Nobel mükafatı düşür"

24.06.2015 12:32     Siyasi reaksiya     1890

"Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar"

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz `Tvitter` hesabında Azərbaycandan gizli yolla qaçaraq İsveçrəyə gedən Emin Hüseynovun CNN kanalına müsahibəsinə münasibət bildirib. 

Novruz Məmmədov bunları qeyd edib: “Gördünüz CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı. Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi. 

CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu oldu. İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar. Amanpura isə Nobel mükafatı düşür”.

Şərhlər

Çox oxunanlar