“Azərbaycanda xalqla siyasi hakimiyyətin, xalqla dövlətin birliyi mövcuddur" - İctimai şura sədri

28.11.2015 14:14     Siyasi reaksiya     1887

“Baş verən hadisələrin nə Azərbaycana, nə onların özlərinə, nə də yaşadıqları həyat tərzlərinə xeyri var”.

Bu sözləri Reaksiya.az-a Naradran hadisələri ilə bağlı açıqlamasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Nurəddin Mehdiyev deyib.

O, baş verən hadisələrin Azərbaycandakı stabilliyi pozamağa yönəldiyini qeyd edib: “Azərbyacanda həyata keçirilən uğurlu daxili və xarici siyasət bir çox qüvvələri narahat edir. Bu qüvvələr Azərbaycanda mövcud olan stabilliyi, əmin-amanlığı pozmaqda maraqlıdırlar və müxtəlif vasitələrlə bu sabitliyi pozmağa cəhd göstərirlər. Nardaranda baş verən hadisələrdə Azərbaycan sabitliyin pozulmasına yönələn bir hadisə idi. Lakin bu göstərilən cəhd heç bir məqsədinə nail ola bilmədi. Lakin bu üzücü hadisə nəticəsində polislərimiz şəhid oldu. Azərbaycan dövlətçiliyi yolunda şəhid olan polislərimizi ehtiramla yad edirik. Baş verən hadisələrin nə Azərbaycana, nə onların özlərinə, nə də yaşadıqları həyat tərzlərinə xeyri var. Bu hadisə heç bir zaman Azərbaycan cəmiyyəti və Azərbaycan gəncliyi tərəfindən dəstəklənməyəcək”.

N.Mehdiyev Azərbaycanda dini etiqad azadlığı üçün hər cür şərait yaradıldığını vurğulayıb: “Azərbaycanda xalqla siyasi hakimiyyətin, xalqla dövlətin birliyi mövcuddur. Bunun da əsas səbəbi Azərbaycanda həyata keçirilən siyasətin Azərbaycan xalqının mənafeyinə xidmət etməsidir. Azərbaycanda mövcud olan mühit sağlam-mənəvi olan mühitdir. Dinlərə və dini etiqada yaradılmış azad şərait onu deməyə əsas verir ki, belə hərəkətlərin heç bir məntiqi əsası yoxdur. Bu yalnız müəyyən təxribatçıq qrupların fəaliyyətindən başqa bir şey deyil. Azərbaycanda yaşayan dindarlarımız üçün dini etiqad azadlığı baxımından hər cür şərait yaradılıb. Öz dini etiqadlarını azad şəkildə yaşayan cəmiyyətimizin bütün üzvləri Azərbaycan hakimiyyətini dəstəkləyir”.

O, bildirib ki, Azərbaycanın regiondakı digər ölkələrlə müqayisə olunan zaman stabilliyin hansı formada olduğu bir daha sübut olunur.

“Azərbaycana yaxın coğrafiyada baş verən proseslər onu sübut edir ki, məhz Azərbaycanda baş verən proseslər doğru istiqamətdə həll olunur. Bu bizim vətəndaşlarımızın mənafeyinə xidmət edir, o cümlədən dindar vətəndaşlarımızın, dini etiqad azadlığını sərbəst şəkildə həyata keçirən gənclərimizin mənafeyinə xidmət edir. Bu baxımdan həmin gənclər heç bir zaman bu sabitliyin, inkişafın qarşısının kəsilməsinə razı olmazlar”, - deyə N.Mehdiyev əlavə edib.

O, Azərbaycan gəncliyini baş verən hadisələri pisləməyə çağırıb: “Azərbaycan gəncliyi, o cümlədən Nardaranda yaşayan gənclər qətiyyətlə Nardaranda baş verən hadisələri pisləməlidirlər və hər zaman Azərbaycan dövlətçiliyinin yanında olmalıdırlar. Səhv yolda olan insanları da bu yoldan çəkindirməyə çalışmaq lazımdır. Bu hadisələrin davam etməsi üçün heç bir əsas yoxdur. Yanlış yolda olan insanlar başa düşməlidirlər ki, əsl həqiqət Azərbaycanın mənafeyi uğrunda çalışmaq və Azərbaycanın mənafeyi uğrunda mübarizə aparmaqdan keçir. Eyni zamanda işğal olunmuş torpaqlarımızın azad olunmasından keçir. Ölkədə kiçik lokal hadisələr törətmək əvəzinə əsl mübarizəni Qarabağda ermənilərə qarşı aparmaq lazımdır”. 

Şərhlər