Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
30.11.2015 11:09 Siyasi reaksiya 1704
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş dekabr 1-2-də NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. E. Məmmədyarov tədbir çərçivəsində NATO-nun Əfqanıstana dair “Qətiyyətli dəstək” missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.
Şərhlər