Məktəbli qızı "saqqallılar" döydü - Göygöldə

30.11.2015 13:46     Sosreaksiya     1942

Göygöldə 9 sinif şagirdi döyülüb. Hadisə rayon ərazisində yerləşən Kəlbəcər yeni yaşayış massivində qeydə alınıb.

Reaksiya.az ANS PRESS-ə  istinadən xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata görə, əslən Kəlbəcər rayonundan olan məcburi köçkün, ailəsi ilə birgə Göygöldəki Kəlbəcər yaşayış massivində yaşayan, 2001-ci il təvəllüdlü Fidan Abbas qızı Məmmədova qapalı kəllə beyin travması, boyun fəqərələrinin əziyi diaqnozu ilə xəstəxanaya çatdırlıb. Hazırda xəstənin vəziyyəti ağırdır.

Fidan Məmmədovanın ilkin ifadəsinə görə bir qrup "saqqallı" şəxs tərəfindən döyüldüyünü bildirib.

14 yaşlı qız Kəlbəcər yeni yaşayış massivindəki 9 nömrəli məktəbin 9-cu sinif şagirdidir.

Göygöl rayonunda yerləşən Kəlbəcər Rayon Polis İdarəsindən bildirdilər ki, məsələ ilə bağlı istintaq qrupu yaradılıb, hadisə araşdırılır.

Faktla bağlı Kəlbəcər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Şərhlər