Mərhum akademikin həyat yoldaşı evə buraxıldı
30.11.2015 14:25 Sosreaksiya 1744
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva evə buraxılıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti hazırda stabildir: “Bugünki konsiliumun gəldiyi qərara görə, xəstənin vəziyyəti yaxşılaşdığından artıq evə buraxıla bilər. Onun qanında artıq zəhərlənmənin göstəriciləri aşkar edilmir”.
Qeyd edək ki, noyabrın 27-də 1936-cı il təvəllüdlü T.Hacıyev və onun həyat yoldaşı Bakı şəhəri, Yasamal rayonunda yaşadğı mənzildə dəm qazından zəhərləniblər. FHN əməkdaşları evə daxil olan zaman T.Hacıyevin cəsədini aşkar ediblər.
Şərhlər