Tələbələr üçün təcrübə müddəti artırıldı

30.11.2015 15:41     Sosreaksiya     2093

Azərbaycanda ali məktəblərdə oxuyan tələbələr üçün təcrübə müddəti artırılıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin (TN) Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, dövlət sifarişi ilə kadr hazırlığının səviyyəsinin yüksəldilməsi və standart tələblərin keyfiyyətinin daha da artırılması məqsədi ilə TN 2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarına və özəl sektorun böyük şirkətlərinə məktub ünvanlayıb.

Həmin məktubla işəgötürənlərin müasir kadrlara bilik, bacarıq vərdişlərli ilə bağlı qoyduqları tələblər və hansı keyfiyyətləri görmək istədikləri sorğu edilib: "Sorğuya cavab olaraq, rəsmi qurumlar, özəl müəssisələr tərəfindən Təhsil Nazirliyinə cavab məktubu göndərilib. Məktubların əsasında müəyyənləşdirilən yeni tələblər təhsil proqramlarının standartlarında artıq öz əksini tapıb”.

Y.Piriyev deyib ki, işəgötürənlərin tələbləri nəzəri biliklərdən daha çox, praktiki vərdişlər və bacarıqların inkişaf etdirllməsi ilə bağlı olub.

Onun sözlərinə görə, tələbələrin praktiki vərdişlərinin inkişaf etdirilməsi üçün təcrübə müddəti artırılaraq pedaqoji ixtisalar üçün 18, qeyri-pedaqoji ixtisaslar üçün 14 həftə müəyyən edilib.

Y.Piriyev qeyd edib ki, bu təcrübə müddəti ilk olaraq, 2014-cü ildə qəbul olunan tələbələrə şamil edilir: “Həmin il ali məktəblərə qəbul olunan tələbələr hazırda 2-ci kursda təhsil alırlar. Onlar 3-4-cü kursda təhsil aldıqda bu proqrama uyğun təcrübə keçəcəklər. 2018-ci ilin bakalavr məzunları artıq bu tələblərə uyğun hazırlanmış kadrlar olacaq”. 

Şərhlər