Şəxsiyyət vəsiqələri ilə bağlı qanun bu gün qüvvəyə minir

01.12.2015 01:57     Sosreaksiya     1881

Bu gündən şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək. 

 

Şərhlər