84 yaşlı kişi intihar etdi - Şəkidə

01.12.2015 09:28     Sosreaksiya     1777

Şəkidə 84 yaşlı kişi intihar edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, noyabrın 30-u saat 14.00 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Şərhlər