Nardaranda növbəti gərginlik - Yollar bağlandı

01.12.2015 09:45     Sosreaksiya     3079

Səhər saatlarından Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb.

Reaksiya.az-ın əməkdaşının verdiyi məlumata görə, Koroğlu metrosu dairəsindən, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində hərəkət birtərəfli məhdudlaşdırılıb.

Maştağa qəsəbəsinin daxilindən Nardarana gedən bütün yollar Daxili qoşunların maşınları tərəfindən nəzarətə götürülüb.

Maştağadan isə bəzi marşurutlar Koroğlu istiqamətində getməkdən imtina edirlər. 

Şərhlər