Bakı-Sumqayıt yolunda tıxac - hərəkət iflic oldu

01.12.2015 10:25     Sosreaksiya     1659

Bakı-Sumqayıt yolunda səhər saatlarında böyük tıxac yaranıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, avtomobillərin sıxlığı “Bakı” İdman klubunun bazasının yanından Bakı Beynəxalq Avtovağzal Kompleksinin qarşısına qədər davam edir. Tıxaca Bakı Beynəxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda aparılan bərkitmə işləri səbəb olub. Belə ki, bir müddət əvvəl sözügedən yolda baş vermiş sürüşmələrin qarşısını almaq üçün əraziyə ağır texnika cəlb olunub.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Şərhlər