Bakı metrosunda təhlükəsizlik tədbirləri

01.12.2015 10:34     Sosreaksiya     1793

Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.

N.Paşayev bildirib ki, sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılır: “Bunlar təhlükəsizlik tədbirləri ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyininin konkret müddəti bilinmir. Tədbirlər metro stansiyalarının girişində sərnişin sıxlığı yaradır”.

Şərhlər