İki uşağını öldürən qadının cəzası məlum oldu

01.12.2015 11:17     Sosreaksiya     1930

Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə N. Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, qətl bu ilin mayında Bakıda, Albalı bağ massivində qeydə alınıb. Orada yaşayan N. Qurbanova 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq Ayşəni boğaraq öldürəndən sonra özünə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. 

Şərhlər