Nardarana qaz verilməsi bərpa olunacaq - RƏSMİ - YENİLƏNİB

01.12.2015 12:35     Sosreaksiya     2052

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Bakının Nardaran qəsəbəsinin sakinləri ilə ötən illər ərzində böyük problemlər yaşayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev deyib.

Ə. Hacıyevin sözlərinə görə, qəsəbə sakinlərinin müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırılıb: "Əvvəllər Nardarana bir istiqamətdən qaz verilirdisə, hazırda təchizat üç istiqamət üzrə aparılır. Lakin ötən il xaricdən alınan bahalı sayğaclar kənd sakinləri tərəfindən sındırılıb. Bu səbəbdən biz bu ilin yay ayından etibarən təbii qazın təchizatını dayandırdıq. "Azəriqaz"ın əməkdaşları Nardaran qəsəbəsinin sakinləri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, döyülüb. Dünəndən etibarən sayğac sisteminin vəziyyətinə baxış başlanılıb. Məhz bundan sonra sayğacın neçə sındırıldığı müəyyən ediləcək. Dünəndən etibarən "Azəriqaz"ın əməkdaşları qəsəbəyə gəlib və sakinlərlə müvafiq müqavilələr imzalayırlar. Müqavilənin şərtləri ilə razılaşan sakinlər qazla təmin olunur. Əgər qəsəbə sakinləri bizim əməkdaşlarımızı təhqir etməyəcəksə, döyməyəcəksə, biz onları təbii qazla təmin edəcəyik. Onlarda Azərbaycan Respublikasının vətəndaşlarıdır. Amma biz işçilərimizi də riskə ata bilmərik".

11:35

“Azəriqaz” İstehsalat Birliyi ötən gündən etibarən Nardaran qəsəbəsinin sakinlərinə qazın verilişinin bərpası üzrə işlərə başlayıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev deyib.

Şərhlər