Silahlı maskalılar evə basqın etdi - Göyçayda

01.12.2015 12:22     Sosreaksiya     2074

Göyçay rayonunda maskalı şəxslər evə basqın ediblər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 11 radələrində Göyçay şəhərinin  Vaqif küçəsində qeydə alınıb.

Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir. 

Şərhlər