Bu xəbər agentliyində bütün əməkdaşlar işdən çıxarıldı - Səbəblər

01.12.2015 12:25     Sosreaksiya     2106

Azərbaycanda fəaliyyət göstərən “Sputnik” xəbər agentliyi bu gündən bütün işçiləri ilə əmək müqaviləsini dayandırıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Modern.az saytına redaksiyanın kollektivindən məlumat verilib.

Bildirilib ki, agentliyin (“Sputnik.az” saytı) bütün əmədaşlarına işdən azad edildikləri elan olunub.

“Sputnik” xəbər agentliyi Bakıda fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb. “Sputnik.az” Azərbaycan və rus dillərində yayımlanır.

“Sputnik.az” saytı Moskvada yerləşən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin Azərbaycan təmsilçisidir.

***

Reaksiya.az-ın əlaqə saxladığı əməkdaşlardan biri bildirib ki, burda "bütün əməkdaşların işdən çıxarılması"ndan söz getmir: "Bu şəxslər "Novosti-Azərbaycan"ın əməkdaşlarıdır və "Sputnik"də 3 aylıq müqavilə əsasında işləyirdilər. Bu dəfə müqavilələr yenilənməyib. Birbaşa müqavilə bağlayan şəxslər də var ki, onlar işlərinə davam edir. "Sputnik.az" birbaşa Moskvaya bağlı olduğu üçün, kollektivin yenidən formalaşdırılması da birbaşa əmək müqaviləsi əsasında və yeni mexanizm əsasında həyata keçiriləcək". 

Şərhlər