Yeni ildə 5 gün istirahət edəcəyik

01.12.2015 12:46     Sosreaksiya     1918

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Reaksiya.az xəbər verir ki, Həmrəylik Günü ilə əlaqədar 31 dekabr, Yeni il ilə əlaqədar 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyi üçün, müvafiq qanunvericiliyə əsasən, növbəti həftənin ilk günü, yəni 4 yanvar tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, ölkə əhalisi Yeni ildə 5 gün ardıcıl istirahət edəcək. 

Şərhlər