Kafedə baş verən partlayışla bağlı - RƏSMİ AÇIQLAMA

01.12.2015 13:29     Sosreaksiya     1878

Daxili İşlər Nazirliyi Bakıda kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 30-da saat 11 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində yerləşən ümumi sahəsi 50 kv/m olan kafedə məişətdə istifadə edilən qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, orada işləyən Bakı şəhər sakinləri Əsli Qasımova hadisə yerində ölüb, Tərlan Nağıyev, İsgəndər Əlişov və qızı Vüsalə, Zaqatala rayon sakini Elnarə Kərimova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, məlum hadisə ilə bağlı ötən gün yayılan məlumatda bir nəfərin öldüyü bildirilib.

Şərhlər