Qardaşını öldürmək istəyən şəxsə hökm oxundu

01.12.2015 14:16     Sosreaksiya     1949

Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən İmran Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən İmran Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 25-də Maştağa qəsəbəsində qeydə alınıb. İmran Sultanov tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 

Şərhlər