Oğuzda qəza - ölən var

01.12.2015 15:22     Sosreaksiya     2015

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az ANSPRESS-ə istinadən xəbər verir ki, Oğuzun Calut kəndində kənd sakini Keyti Həsənov idarə etdiyi “T-150” markalı traktorla sürətlə eniş edərkən, idarəetməni itirib. Bu zaman kənd sakinlərindən birinin ağacdan hörülən hasarına çırpılıb və həm hasarı, həm də hasarın kənarında olan qaz xəttlərini yararsız hala salıb. 

Bundan sonra da hərəkətini dayandıra bilməyən traktorun sürücüsü ağır texnikanı digər bir qonşunun hasarına çırpıb. Bu zaman traktorda olan sərnişin özünü bayıra atıb. Hadisə nəticədə rayon sakini Dağlar Yusifov traktorla divarın arasında qalıb sıxılaraq elə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şərhlər