Metroda təhlükəsizlik məqsədilə yeni aparatlar quraşdırılır
02.12.2015 02:44 Sosreaksiya 1669
Metronun “20 Yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb.
Reaksiya.az-ın Trend-ə istinadən məlumatına görə, yeni aparatlar metroda təhlükəsizlik tədbirlərinin daha da yaxşılaşdırılmasına hesablanıb. Verilən məlumata görə, bu cür aparatlar “Bakı 2015 Avropa Oyunları” zamanı metronun “Koroğlu” stansiyasında tətbiq olunmuşdu.
Qeyd edək ki, sözügedən aparatlardan Heydər Əliyev Beynəxalq Hava Limanında da istifadə olunur.
Şərhlər