Azərbaycan Rusiyadan 2 255 yeni vaqon aldı
02.12.2015 10:09 Sosreaksiya 1698
Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 2 255 yeni yük vaqonu gətirilib. Onların 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1 000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verib.
Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır: "Yükdaşımalara olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir".
Xatırladaq ki, 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiyanın F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb və “Uralvaqonzavod”dan 2 900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.
“Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəyə gətirilib.
Şərhlər