Dərmanların qiymətləri ilə bağlı növbəti yenilik
02.12.2015 10:55 Sosreaksiya 1874
Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək imkanı yaradılıb.
Reaksiya.az “Report”a istinadən xəbər verir ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara, planşetlərə yükləməklə artıq dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.
Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib.
Bildirilir ki, bu cədvəllərin mobil telefonlara, planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, eyni zamanda ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradacaq.
Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.
Şərhlər