Metroda təhlükəsizlik tədbirləri - yeni aparatlar quraşdırıldı
02.12.2015 11:16 Sosreaksiya 1822
Bakı metrosu bir necə gündür gücləndirilmiş iş rejiminə keçib. Metroda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Hətta dünəndən etibarən metronun “20 yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb.
Reaksiya.az AzNews.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərnişinlərin təhlükəsizliyi baxımından yeni aparatlar quraşdırılıb: “Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir. Əsəs vəzifəmiz də sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. Ona görə də təhlükəsizliyi qorumaq üçün yeni aparatlar gətirilib”.
Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi üçün indiyə kimi lazım olan bütün tədbirlər görülüb:“Bundan sonra da bu istiqamətdə işlər görüləcək”.
Şərhlər